Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təyyarə yolda "gəzərsə" - İLGİNC VİDEO



Türkiyənin Antalya şəhərində hava limanından bir liseyin həyətinə aparılan təyyarə maraqlı görüntülər meydana gətirib.

Cebhe.info türk mətbuatına istinadən xəbər verir ki, Antalya Hava Limanında yararsız hesab olunaraq, istifadə edilməyən "Boing 737-400" tipli sərnişin təyyarəsi Təyyarə Baxım Peşə və Texniki Anadolu Liseyinə bağışlanıb. 

Aeroportdan dörd parçaya bölünərək daşınan təyyarəni 3 saata liseyin həyətinə gətiriblər.

Təyyarənin hekayəsi isə 2011-ci ildə başlayır. həmin il aeroparta eniş zamanı təkərləri açılmayan "Boing" keçən ildən yarasız kimi qaraja atılmışdı. Təyyarə bu halıyla 1,5 milyon dollar qiymət qoyularaq, satışa çıxarılmışdı. Satışdan xəbər tutan liseyin müdiri Haldun Çevik təyyarəni almaq üçün hərəkətə keçib. Hətta, bununla bağlı ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb. Danışıqlar nəticəsində, bir iş adamı təyyarəni alaraq, liseyə bağışlayıb. 

Hava limanından 3 saat ərzində liseyə gətirilən təyyarə hissələri hazır kranlarla quraşdırılacaq. Təyyarədən kitabxana, kinoteatr kimi istifadə etmək palnlaşdırılıb.

Məcid Həsənli
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений