Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub - 3 ölü, 6 yaralı var



Türkiyənin Ağrı vilayətinin Doğubayazıt qəsəbəsində PKK terrorçuları uzun mənzilli silahlarla sərnişin avtobusunu atəşə tutublar.

Cebhe.info Habertürk-ə istinadən xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Yaralılardan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, mikroavtobusdakı sərnişinlər qeyri-qanuni yolla ölkəyə daxil olan əcnəbi vətəndaşlar olublar.

Avtobus sürücüsü və digər sərnişinlər isə hadisə yerindən qaçıblar. Polis axtarışlardan sonra 6 nəfəri yaxalayıb. Saxlanılanlardan biri hadisə barədə bildirib ki, avtobusun qarşısını 5 nəfər kəsib və onlara atəş açıblar. Hadisə zamanı mikroavtobusda 20 nəfər ölüb.

Hazırda qaçan digər sərnişinlərin saxlanılması üçün axtarışlar davam edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений