Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Ağdam qaytarılır”: Bəs 6 rayon?



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Dağlıq Qarabağ ətrafındakı  rayonların Azərbaycana qaytarılması məsləsinin müzakirə olunduğunu deyib. Ermənistan mediasının məlumatına görə, danışıqlar masasında  5 və ya 7 rayonun qaytarılması müqabilində  Dağlıq Qarabağın ətrafında  təhlükəsizlik zolağının yaradılması təklifi yer alır. 

Cebhe.info Rusiya mediasına istinadən bu məsələ ilə bağlı yeni informasiya əldə edib.  “Gazeta.ru”nun  Ermənistan XİN-dən aldığı məlumata görə, söhbət  hələlik  yalnız  bir rayonun qaytarılmasından gedir. Belə ki, Ermənistan “Madrid prinsipləri”nə uyğun olaraq, Ağdam rayonundan qoşunlarını çıxartmağa razılıq verə bilər. 

Məsələni şərh edən rusiyalı politoloq Zurab Kanançev  rəsmi İrəvanın bu mövqeyini  “2016-cı ildə baş vermiş aprel döyüşlərinin nəticəsi”  adlandırıb.  “Ən pis sülh də ən yaxşı müharibədən  yaxşıdır” deyən Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ekspert bildirib ki, Ermənistanın millətçi  müxalifəti ərazilərin güzəştə gedilməsini qəbul etmir.  “Bu bəyanat  ola bilsin ki, Sarkisyan hakimiyyəti ilə razılaşdırılıb və adi şəkildə ortaya atılmayıb. Belə söhbətlər Ermənistanın özündə daxili siyasi vəziyyəti gərginləşdirə bilər”,- deyə politoloq  qeyd edib. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений