Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Sentyabrın 25-dən sonra: “4 ölkə xəritədə qalmaq üçün çalışmalı olacaq”- MÜHARİBƏ EHTİMALI



İraqda Kürdüstanın müstəqilliyinə dair 25 sentyabrda keçirilməsi planlaşdırılan referendum diqqət mərkəzindədir.

Cebhe.info xəbər verir ki, Rusiyanın tanınmış politoloqu, Yaxın Şərq üzrə mütəxəssis Mixail Maqidin firkrincə, kürdlər 4 ölkəni parçalamaq istəyir. 

"Rosbalt"a açıqlamasında o bildirib ki, təkcə Suriya və İraq yox, həm də Türkiyə və İran dünya xəritəsində qalmaq üçün çox çalışmalı olacaqlar. Yaxın Şərqdə yeni müharibə ehtimalının güclü olduğunu deyən politoloqun sözlərinə görə, İraq Kürdüstanının öz hakimiyyəti, 100 min peşmərgəsi, xarici korporasiyalarla müqavilələri var: “İraq Kürdüstanının əsas gəliri neft ixracıdır ki, bu da gündə 500-600 barrel təşkil edir.

Ümumi olaraq İraqda  bu rəqəm 4,5 milyon barreldir. Bu neftin 400 min barreli Kərkükün payına düşür. Təbii ki, Bağdad hökuməti kürdlərə “Allah xatirinə, neftinizi götürün, gedin" deməyəcək. 2018-ci ilin yazında İraqda həm də seçki keçiriləcək. Ölkə hakimiyyəti hazırda İŞİD terror təşkilatı ilə mübarizə aparır. Səhra komandirləri və silahlıların 30 faizə yaxını İranın hərbi və ideoloji rəhbərliyinin təsiri altındadır. Tehran da Kürdüstanın möhkəmlənməsinə qarşıdır”.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений