Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakının əsas yollarından biri 2 gün bağlı olacaq



Bakıda təmirlə bağlı daha bir küçədə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər verir ki, avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində iyulun 13-14-də təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət iyulun 13-də səhər saatlarından məhdudlaşdırılacaq.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений