Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Birinci xanımın geyimi olay yaratdı: Melaniya “vecimə deyil” dedi, Tramp bəraət qazandırdı - FOTOLAR



ABŞ prezidenti Donad Trampın xanımı Melaniya növbəti dəfə qalmaqalla gündəmə gəlib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, ölkəyə qanunsuz gələn miqrantların uşaqlarının valideylərindən ayrılması ilə başlayan mübahisələr davam edərkən birinci xanımın geyimi növbəti müzakirəyə əsas yaradıb. 

Belə ki, o, Texasda miqrant uşaqların qaldığı düşərgəyə sürpriz səfər edib. Burada mətbuata açıqlama verən birinci xanım səfərinin məqsədini miqrant uşaqların valideynlərdən ayırılması qaydasının nəticəsini görmək istəməsiylə əlaqələndirib: “Bu uşaqların valideynləriylə təkrar qovuşması üçün nə edə biləcəyimi yetkililərdən soruşmağa gəlmişəm". 

Mətbuatın yazdığına görə, miqrant uşaqlarının valideynlərdən ayırılması barədə qərarın prezident Tramp tərəfindən ləğv edilməsində Melaniya ilə yanaşı İvanka Trampın da təsiri olub. Onların fikirləriylə razılaşan Tramp miqrant uşaqların da valideynlərilə birlikdə qalmasının təmini barədə müvafiq qurumlara təlimat verib. 

Melaniya Trampın səfər zamanı geyindiyi paltar da xeyli müzakirə edilib. Belə ki, onun geyindiyi gödəkçənin arxasında "Doğrudan vecimə deyil. Bəs sən?",- deyə yazılıb. Bəziləri bu mesajın miqrant uşaqları mövzusuna dair mesaj olduğunu iddia edib. 

Vəziyyəti belə görən prezident Tramp sosial şəbəkə hesabında "Melaniyanın gödəkcəsinin arxasındakı yazı saxta medianın xəbərlərinə ismarışdır. Melaniya onların nə qədər ikiüzlü olduğunu anladı və onları doğrudan da, artıq vecinə almır",-deyə yazıb. 

 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений