Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

DYP rəsmisindən sürücülərə XƏBƏRDARLIQ



Son dövrlər avtomobillərdə yeni bir hal trend olub. Əvvəllər avtomobili tüninq yığdırmaq, təkərlərini normadan artıq hündür qaldırmaq dəb idisə, indi maşınların üzərinə vinil çəkilməsi artıb. Hər ötən gün də bu cür avtomobillərə daha çox rast gəlinir. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, avtomobillərin rənglənməsi və vinillənməsi "Yol hərəkəti haqqında qanun"la tənzimlənir. Amma avtomobilini rəngləmək və ya vinil çəkmək istəyən şəxslər öncədən bunun üçün icazə almalıdır. Əks halda cərimələnəcəklər: 

"Nəqliyyat vasitələrinin rənglərinin dəyişdirilməsi ilə bağlı konkret tələb var. Avtomobilin rəng qrafikasının dəyişdirilməsi yalnız qanunvericiliyin nəzərdə tutulmuş tələbləri əsasında həyata keçirilməlidir. Söhbət avtomobilinin rənginin dəyişdirilməsindən gedirsə, rəng dayanıqlı olmalıdır və əvvəlcədən Dövlət Yol Polisinin müvafiq şöbələrində razılaşdırılmalıdır. Bunu etməyən şəxslər üçün cərimənin təyin edilməsi törədilən xətadan asılıdır. Avtomobilin rəngi dəyişdirilibsə, o zaman cərimə təyin edilmiş "Yol Hərəkəti haqqında qanun"un konkret qaydasına uyğun həyata keçirilir".

Qeydiyyatı olmadan avtomobilinin rəngini dəyişdirən sürücülərin də az olmadığını deyən DYP rəsmisi bildirdi ki, bu cür hallara aşkarlananda onlara qarşı lazımi tədbirlər görülür. Gələcəkdə avtomobillərinin rəngini dəyişmək və vinil çəkmək istəyənlərə tövsiyyələrini verən Vaqif Əsədov icazənin alınması üçün sürücülərin hara getməli olduqlarını da açıqladı: 

"Avtomobillərini icazə almadan rəngini dəyişdirənlərlə yol patrul xidmətinin əməkdaşları faktlar aşkarlayır və inzibati protokollar yazılır. Avtomobilinin rəngini dəyişdirmək istəyən sürücü sənəd və arayışlarını götürüb Dövlət Yol Polisi idarəsinin qeydiyyat imtahan şöbəsinə getməlidir. Orada nəqliyyat vasitəsinə baxış keçirilir və avtomobilin şəhadətnaməsində qeydiyyat aparmaqla dəyişiklik edilir".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений