Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mətanət "Maşın"ın final gecəsinə çağrılmama xəbərindən danışdı: "Onun üzünü gördülər sonra"



Aparıcı Mətanət Əliverdiyevanın "Maşın" şounun final gecəsinə dəvət olunmadığı haqda xəbər yayılıb.

Axşam.az-a açıqlama verən Əliverdiyeva çəkilişi olduğu üçün verilişə qatıla bilmədiyini deyib:

"İstəyirsiniz "M group"un əməkdaşları ilə əlaqə saxlayıb soruşun. Mən və digər iştirakçılar dəvət olunmuşduq. Biz düşmən deyilik ki... Çağırmayıblar nə sözdür? Orada heç kimlə düşmənçiliyim yoxdur. Oradakıların hamısı mənim dostumdur. Bircə Aytən Səfərova ilə aramız yaxşı deyil. Mənim onunla münasibətim yoxdur. Çoxdan olan söz-söhbətdir, ANS-in vaxtından. Aytəni 1997-ci ildən tanıyıram. Onu yaxşı tanıdığım üçün həmin sözləri deyirdim. Rozası da, Pərvini də onun üzünü gördülər sonra.

Final gecəsinə çox adam gəlməmişdi, niyə ancaq məndən yazırlar? Əgər efir axşam canlı getsəydi qatılacaqdım. Amma günorta saat 4-də çəkiliş idi. Mənim isə öz verilişimin çəkilişi var idi, çatdırmadım".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений