Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ötən ilin ən çirkli çimərlikləri – ADLAR



Aparılmış müayinələrin nəticələrinə görə 2017-ci ildə Azərbaycanın ən çirkli çimərlikləri müəyyən olunub. Ötən ilin ən çirkli çimərlikləri Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərlikləri olub.

Cebhe.info-ya məlumat verən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov həmçinin bildirib ki, çimərliklərdə dəniz suyunun monitorinqinə başlanılıb. 

“Monitorinq oktyabrın 1-dək aparılacaq və Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək”.

Qeyd edək ki, analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений