Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oqtay Əsədov: “Rusiya ilə parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir”



Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Milli Məclisin mətbuat xidmətindən  verilən məlumata görə, O. Əsədov Azərbaycanın Rusiya Federasiyası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.
 
Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

“Sevindirici haldır ki, iki ölkə parlamentləri arasındakı əlaqələrimiz də yüksək səviyyədədir. Bu gün münasibətlərimizin tarixində ilk dəfə olaraq Azərbaycan və Rusiyanın ali qanunvericilik orqanlarının müvafiq komitələrinin Bakıda ilk iclası keçirilir. Qonağın başçılıq etdiyi komitə ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə keçirilən iclasında müzakirə olunan məsələlər əlaqələrimizin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir. Heç də təsadüfi deyil ki, beynəlxalq təşkilatlarda da nümayəndə heyətlərimiz qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, vahid mövqe nümayiş etdirirlər”, - deyə MM spikeri  vurğulayıb. 
 
O. Əsədov qeyd edib ki, Rusiya Federasiyası ilə iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrimiz də günbəgün inkişaf etməkdədir: “Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da dərinləşməsi üçün bütün imkanlar mövcuddur”.
 
L. Kalaşnikov isə ölkəmizə səfərindən və Milli Məclisdə müvafiq komitələrin birgə iclasının yekunlarından məmnun qaldığını söyləyib. Bildirilib ki, Rusiya Azərbaycanla əlaqələrin dərinləşməsində, o cümlədən parlamentlər səviyyəsində münasibətlərin davamlı inkişafında maraqlıdır. “Bu, hər iki xalqın mənafelərinə uyğundur. Biz gələcəkdə Milli Məclislə əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. Nümayəndə heyətlərimizin beynəlxalq təşkilatlarda mütəmadi görüşlərini və prinsipial məsələlər üzrə aparılan fikir mübadilələrini təqdirəlayiq hesab edirik”, - deyə o vurğulayıb.
 
Qəbulda tərəfləri maraqlandıran digər məsələlər də müzakirə olunub. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak ediblər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений