Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Onların 27 yaşı olsa da, hələ məktəbdə oxuyurlar: Azərbaycana da bu sistem gələcək?



Son illər Azərbaycanda autizm sindiromu ilə doğulan uşaqların sayı çoxalsa da, bu xəstəliyin aşkarlanması, audist uşaqların reablitasiyası, təhsili üçün hər hansı dövlət siyasəti aparılmır. Autizm xəstəliyi olan uşaqların təhsilə cəlb olunması valideyinlər üçün əsl problemə çevrilib. 

Autizmdən əziyyət çəkənlərin sayı ilə də bağlı dövlət tərəfindən statistika aparılmır. Amma qeyri-hökumət təşkilatlarının araşdırmalarına görə, Azərbaycanda 5 mindən çox autizm sindiromundan əziyyət çəkən şəxs var.

Beyinin inkişafına maneə törədən bir xəstəlik olan autizm sindromu adətən uşağın ilk 1-3 yaş dövründə özünü büruzə verir. Bu sindromun vaxtında aşkar olunması və mütəxəssis müdaxiləsinin erkən və mütəmadi həyata keçirilməsi uşaqların sosial və nitq bacarıqlarının, intellekt səviyyəsinin inkişafına kömək edir.

Cebhe.info-ya açıqlama verən Autizim Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri Çiçək Məmmədli audist xəstəlikləri olan uşaqların valideyinlərinin üzləşdikləri problemlərdən danışıb.

O, bildirib ki, Azərbaycanda audist uşaqların təhsili ilə valideyinlərin öhdəsinə buraxılır: “Yardımçı məktəblər fəaliyyət göstərir ki, onlarda autizmlə yanaşı digər xəstəliklərdən əziyyət çəkənlər də təhsil alır. Amma bu məktəblədə təhsil yarıtmazdır. Biz qanunveiciliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlayaraq, əlaqədar qurumlar  müraciət etmişik. Mən bu məsələ ilə bağlı millət vəkili Qənirə Paşayeva ilə də  görüşmüşəm, təkliflərimizi Milli Məclisə təqdim etmişəm. Yalnız ona nail ola bilmişəm ki, 2015-ci ildə sağlamlıq imkanlarının məhdudluğu meyyarlarında autizm öz əksini tapıb. Bundan əvvəl qanunvericilikdə autizm sözü yox idi”.

Autist uşaqların təhsilində Türkiyə modelinin uğur qazandığını deyən təşkilat rəhbəri deyir ki, bu ölkədə adıçəkilən xəstəlikdən əziyyət çəkən uşaqlar üçün xüsusi məktəblər mövcudddur.

Həmin məktəblərdə hər sinifə 1 və ya 2 uşağa bir müəllim dərs keçir: “Bu məktəblərdə xüsusi bacarıq təlimləri keçirilir. İlin sonunda müəllim də hesabat verir, uşaq da. Uşaq proqramı mənimsəməyibsə, növbəti sinifə keçirilmir. Burada yaş kateqoriyası yoxdur. Elə uşaq var ki, 27 yaşı var, amma məktəbdə oxuyur. Biz bu modeli təklif elədik. Amma bəzi millət vəkilləri imkan vermir ki, biz problemimizi dövlətin nəzərinə çatdıraq. Türkiyədə həmin uşaqlar bununla yanaşı həm də normal məktəblərdə assisent vaistəsi ilə təhsil alıb, cəmiyyətə uyğunlaşdırılmağa cəhd edilir. Autizmli uşaqları dövlətin servis xidməti məktəbdən –məktəbə aparır, axşam isə valideyinə təhvil verir”.

Çiçək Məmmədlinin sözlərinə görə, Türkiyədə autizm xəstələri xüsusi diqqət tələb etdiyinə görə, valideyinlərə “baxım” pulu verilir ki, onlar işləmək məcburiyyətində qalmasınlar: “Həmin “baxım parası” bizim pulla 1000 manat civarında vəsait edir. Bizdə bu cür valideyinlər işdən çıxarılır. Məktəb direktoru məni çağırıb dedi ki, dərs buraxdığına görə işdən azadsan. Mən deyəndə ki, mənim autizmli övladım var, dedi ki, o nədir.

Uşaq yatandan sonra idarələrdə xadimə işləyirdim, başımı bağlayırdım ki, təhsil işçisi olduğum bilinməsin. Çox ağır həyat keçirmişəm. O biri uşağım və həyat yoldaşımda isə əqli gerilik var. Mənim kimi valideyinlər çoxdur. Dövlət tərəfindən hər hansı bir qayğı görmürük. Heç bir təhsil yoxdur. Amma Təhsil Nazirliyinə müraciət etsəniz, bunun əksini eşidəcəksiniz. Varsa, yerini desinlər mən də uşağımı aparım. Bu cür uşaqların beyin yarımkürələrinin yalnız bir tərəfi inkişaf edir. Bunlar qismən normalaşması mümkündür. Bəzi hallarda autizm xəstələrinin arasında dahilər yetişir. Albert Enşteyn, Pavlo Pikasso da uşaqlıqda autizmdən əziyyət çəkib”.

Çiçək Məmmədova deyir ki, yaranmış vəziyyətə görə audist uşaqların valideyinləri Türkiyəyə köçmək məcburiyyətində qalırlar: “Bizim təşkilatın üzvü olan xeyli valideyin Azərbaycandakı vəziyyətə görə  İstanbula, Antaliyaya köçüblər”.  

Birlik rəhbəri ictimai fəaliyyət göstərməsi üçün də şəraitinin olmadığını dedi: “Mənə yer də verməyiblər”.  

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений