Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

On altı icra hakimiyyəti orqanında ictimai şura yaradıldı



On mərkəzi, altı yerli icra hakimiyyəti orqanı yanında ictimai şuranın fəaliyyətinə artıq başlanılıb. Daha dörd yerli icra hakimiyyəti orqanı yanında ictimai şuranın yaradılması prosesi aparılır.

Cebhe.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

O bildirib ki, icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şura vətəndaş qərarlarının qəbulunda önəmli vasitədir. Qərarların qəbulunda vətəndaş iştirakçılığı Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsinin birinci hissəsinin əsas tələbidir. Bu tələbin həyata keçirilməsi üçün 2013-cü ildə ictimai iştirakçılıq haqqında qanun qəbul olunub. Qanunun qəbulundan sonra mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuraların yaradılmasına başlanılıb.

Azay Quliyevin sözlərinə görə, bu qanunun tətbiqi dövlətimizin başçısının vətəndaşlarla icra hakimiyyəti orqanları ilə birgə fəaliyyət göstərməsinə yaratdığı imkandır. Bu da ölkədə demokratiya şəffaflığının olmasından xəbər verir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений