Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölümündən iki həftə əvvəl: Dünyanın necə yarandığını yazdı



Məşhur fizik, öz proqnozları və maraqlı nəzəriyyələri ilə tanınan Stiven Hokinq ölümündən iki həftə əvvəl yeni işinin son ştrixlərini tamamlayıb.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, 14 martda ölən Stiven Hokinqin son işi Yerin mənşəyi və yaranması ilə bağlı olub.

Mütəxəssislər bildirir ki, bu iş fizikin işləri arasında böyük maraq doğuracaqlardan biridir. Bununla belə, hələlik fizikin son işində irəli sürdüyü tezislərin dünya və kosmos barədə nəzəriyyətləri kökündən dəyişəcəyi gözlənilmir. Hər halda mütəxəssislər yaxın zaman üçün bunu mümkün hesab etmirlər. 

Hokinqin “A Smooth Exit from Eternal Inflation?” adlı işinin həmmüəllifi olan nəzəriyyəçi-fizik Tomas Hertoq bildirib ki, ölümündən 2 həftə əvvəl onunla görüşüb və məqsədləri son işi birgə müzakirə etmək olub. 

“The Sunday Times” xəbər verir ki, son işi Hokinqin əsərləri arasında ən çox maraq doğuranı olacaq. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений