Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölüləri yeyən prezident: “Uşaq dolması”nı sevir, arvadını əlləriylə parçalayır, nazirləri qızlarının gözü qarşısında...- TARİXİN ÜZ QARASI



Onun adının qarşısında “ölüləri yeyən diktator” sözləri yazılır.

Cebhe.info xəbər verir ki, söhbət 1971-1979-cu illərdə Uqandada dövlət başçısı olan İdi Amin Dada Oumeedən gedir. 2003-cü ildə vəfat edən diktatorla bağlı elə söhbətlər dolaşır ki, hər biri ayrılıqda dəhşətdir.

Deyilənlərə inansaq, o, yüz minlərlə insanı öldürüb, milyonlarla insanı isə yerindən-yurdundan edib. Onun qurbanlarının sayının 300 min olduğu deyilir ki, bəzilərini də diktator öldürdükdən sonra yeyib. 2003-cü ildə müalicə aldığı Ciddə xəstəxanasında ölən diktator fəaliyyətə orduda aşpaz olaraq başlayıb. Qısa müddətdə vəzifə pillələrində yüksəlib. 1971-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. Obeteni hakimiyyədən salıb və dövlətin rəhbəri olub. Millətçi olduğu deyilən prezident ölkəsindəki asiyalıları sürgün edirdi. Onların yerinə isə öz qohumlarını və müsəlmanları gətirirdi. Özünü ömürlük prezident elan edib, İsrail və Fələstin qarşıdurmasında fələstinliləri seçib. O, Uqandanın müstəqilliyindən əvvəl hərbi rütbəsi olan az sayda insanlardan biri idi. 

Prezident statusu ilə kifayətlənmədi. “İngilis imperatorluğunun fatehi”, “baş komandan”, “polis şefi”, “həbsxana müdiri”, “qurudakı bütün heyvanların və dənizdəki bütün balıqların əfəndisi” kimi titulları da daşımağa başladı. Uniformasına o qədər medal taxılırdı ki, qısa müddətdə sıradan çıxırdı. Boksçu idi, rəqib dövlət başçılarını rinqə dəvət edirdi. 


Çox sayda insanı timsahlara yem etdiyi deyilir. Hannibal olduğu iddiaları da var. Deyilənlərə görə, arvadlarından birini öz əlləriylə parçalayıb. Bəzi nazirləri qızlarının gözü önündə öldütdürüb. Rahiblərin cəsədlərini çaydakı timsahlara atdırıb. Xidmətçilərinin ifadəsinə görə, saraydakı soyuducusunda çox sayda insan kəlləsi vardı. Ən sevdiyi yemək isə uşaq dolması idi. Müətəxəssislər onun hipomani xəstəsi olduğunu deyir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений