Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkəni qorxuda saxlayan qatil: Vəfat etdi



Amerikanı bir dönəm qorxu altında saxlayan, silsilə qətllər törətmiş Çarlz Menson ölüb. 

Cebhe.info xəbər verir ki, o, 83 yaşında vəfat edib. TMZ silsilə qətllər törədən şəxsin ölümü barədə xəbəri qurbanlardan birinin bacısına istinadən verib. Ona isə bu barədə məlumatı həbsxana rəhbərliyi çatdırıb.

Ömürlük həbsə məhkum edilən qatil 16 noyabrda xəstəxanaya köçürülüb, ancaq həkimlər onun həyatını xilas edə bilməyib. 

Qeyd edək ki, Menson barədə əsas xəbərlər 1969 -ciu ildə yayılıb. Həmin il o, "Ailə"adlandırdığı dəstə üzvləri ilə birlikdə kinorejisor Roman Polanskinin arvadı Şeron Teyti və onun 4 dostunu öldürmüşdü. Bu cinayətdən sonra Menson və daha 3 nəfər edam cəzasına məhkum edilib. Ancaq 1972-ci ildə cəza ömürlük həbslə əvəzlənib. 

Xəzər
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений