Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkəni qarışdıran təbrik: Senator etiraza qaxdı



Аmerikalı senator Con Makkeyn prezident Donald Trampı Rusiya prezidenti Vladimir Putinə zəng etdiyinə görə kəskin tənqid edib.

Cebhe.info xəbər verir ki, senator bu barədə etiraz bəyanatını öz saytında yerləşdirib. Makkeyn hesab edir ki, saxta seçkinin qalibi olan diktatoru təbrik etməklə Donald Tramp azad dünyanın lideri kimi çıxış etmir: “Tramp bu təbriklə ölkənin gələcəyi üçün səs verməkdən imtina edən bütün rusiyalıları təhqir etmiş oldu”. 

Qeyd edək ki, Trampın Putinə təbrik zəngi gözlənilməz olub. Belə ki, Ağ Ev əvvəlcə telefon danışığının gözlənilmədiyini desə də, sonradan Tramp Putinə zəng edib. 

Xatırladaq ki, Putin budəfəki seçkidə rekord həcmdə səs toplayıb- 76 faiz.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений