Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkələr “barışdı”: Dollar və avro ucuzlaşdı



“Saatlarla davam edən müzakirələrdən sonra ikitərəfli münasibətlərdə gərginlik yaradan problemlərin birgə həll edilməsi ilə bağlı razılaşdıq”.

Cebhe.info xəbər verir ki, ABŞ dövlət katibi Reks Tillersonla görüşdən sonra jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə deyib.

Nazir bundan sonra ABŞ – Türkiyə münasibətlərinin normal məcraya qayıdacağına ümid etdiyini bildirib. Görüşdən sonra Türkiyə birjalarında milli valyuta lirənin məzənnəsi dollarla müqayisədə artıb. Səhər saatlarında birjalarda 3.77 dollara satılan lirə hazırda 3.74 dollara satılır. 4.73 lirə olan avrnonun məzənnəsi də aşağı düşərək 4.70 lirə olub.

Çavuşoğlunun açıqlamasından sonra İstanbul valyuta birjasının indeksi 116 823-dən 117 172-yə qalxıb. Qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edib. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений