Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oğuzda silahlı şəxslər tutuldu



Oğuz rayonunda silahlı şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinə 2 nəfər silahlı şəxsin meşəyə tərəf getdiyi barədə məlumat daxil olub. Dərhal görülmüş tədbirlərlə həmin şəxslər Ərmənət kəndi ərazisində polis və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların həmin kənd sakinləri Səbuhi Həkimov və Müşfiq Dadaşov olduqları müəyyən edilib. S.Həkimovdan İJ” markalı ov tüfəngi və 5 ədəd patron, M.Dadaşovdan isə "Tula” markalı ov tüfəngi və 15 ədəd patron götürülüb.

Oğuz RPŞ-də araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений