Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Öcalanla FETÖ-nun 15 iyul planı: Əsgərlərə atəş açmamaq əmri...



Türkiyədə AKP Mardin millət vəkili Orxan Miroğlu yeni çıxaracağı kitabında İmralı görüşləri ilə bağlı sensasiyalı iddiaların yer aldığını bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə millət vəkili Türkiyədə yayımlanan “Araf” proqramında danışıb.

Miroğlunun sözlərinə görə, Öcalan İmralı həbsxanasında Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkilləri ilə keçirilən görüşlərdə PKK qruplaşmasına terrorçu sayını 70 minə çatdırmağı tapşırıb. O, həmçinin Türkiyədə çevriliş cəhdi barədə 1-1.5 il əvvəldən xəbər verib. Öcalan çevriliş cəhdində PKK-nın fəal şəkildə istifadə olunacağını və bunu FETÖ-nun təşkil edəcəyini bildirib.

“Aleksandr Duqin 15 iyulda Ərbildə olduğunu və orada Türkiyəyə girməyə hazırlaşan 3 min nəfərlik PKK qrupunu müşahidə etdiyini söyləyib. Bütün bunları nəzərə alanda məsələnin mahiyyəti ortaya çıxır”, - Miroğlu deyib.

Miroğlu həmçinin terrorçuların əsgərlərə deyil, sadəcə polislərə zərbə endirmək barədə təlimat aldığını bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений