Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Oba"da köhnə mallar satılır? - ŞİKAYƏT



Bir müddətdir ki, Bakıda fəaliyyət göstərən "Oba" marketlər şəbəkəsindən narazılıqlar var.

Bununla bağlı Cebhe.info-ya məlumat verən narazılar iddia edir ki, marketdə satılan məhsullar ucuz olsa da, vaxtı keçmiş olur. Bununla yanaşı, şikayətçi Şərqiyyə Hüseynovanın sözlərinə görə, sözügedən marketlərdə satılan şiriniyyat məmulatları əzik və istifadəyə yararsız olur: 

"Ucuz olmasına görə, hamı "Oba" marketə qaçır. Amma bilmirlər ki, məhsulların çoxunun ya vaxtı keçir, ya da istifadə müddətinin bitməsinə az qalmış olur. Dəfələrlə görmüşəm ki, ya vaxtı keçib, ya da məhsul digər marketlərdəki ilə müqayisədə keyfiyyətsizdir. İnsanları da qınamaq olmur. Ucuzdur deyə gedib oradan çox məhsul almaq istəyirlər. Amma biraz diqqətli olsalar, daha yaxşı olar". 

Digər şikayətçi Məhəmməd Həsənov da, eyni haldan narazılıq edir. Bildirir ki, bir neçə dəfə olub ki, marketdən aldığı məhsulu aparıb qaytarmalı olub. Bu hadisədən də sonra sözügedən marketdən alış-veriş etməyib:

"Təzə açılanda oradan çox alış-veriş edirdim. Bir neçə dəfə yararsız məhsulların olduğunu görəndən sonra oradan imtina etmişəm. Düzdü digər marketlərdən qiymətinə görə fərqlənir. Amma bizim üçün keyfiyyət də önəmlidir. Çünki qida insan həyatının ən vacib amillərindən biridir".

Məsələ ilə bağlı açıqlama almaq üçün "Oba" marketlər şəbəkəsinin baş ofisi ilə əlaqə saxlamaq istəsək də, bu, mümkün olmadı. Dəfələrlə marketlər şəbəkəsinin rəsmi saytında yerləşdirilmiş (012) 404 25-25 telefon nömrəsinə zəng etsək də, cavab verən olmadı. Şikayətlərlə bağlı qarşı tərəfin mövqeyini qeyd etməyə hazırıq. 
  
Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений