Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nicolas Sarkozi: “İddialar həyatımı cəhənnəmə çevirdi”



Fransanın keçmiş prezidenti Nicolas Sarkozi 2007-ci ildə keçirilmiş prezident seçkilərində Liviyanın keçmiş lideri Muammər Qəddafidən kampaniyalarına maliyyə yardımı aldığına dair iddiaları rədd edib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, eks prezident Nicolas Sarkozi, Qəddafinin iddialarının onun həyatını 2011-ci ildən bəri cəhənnəmə çevirdiyini deyib. O, Qəddafinin iddialarının əsassız olduğunu söyləyib. Konkret dəlil olmadan günahlandırıldığını deyən 63 yaşlı keçmiş Fransa prezidenti, vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına dair iddiaları da rədd edib.

Fransız qəzetinin yazdığına görə, Sarkozi haqqıdakı suçlamaların ciddi olduğunun fərqindədir. Fransız lider, fikirlərinə davada adı keçənlərlə, dostları və məsləkdaşları ilə öhdəliklərindən qaçmadığını və onların ifadələrinə də təsir etməyə çalışmadığını da əlavə edib.

Qeyd edək ki, Fransanın keçmiş lideri 2007-ci il seçki kampaniyasında "qanunsuz yollarla pul vəsaitlərinin verilməsi", "Liviya ictimai fondlarının mənimsənilməsi" və "passiv korrupsiya" ittihamları ilə mühakimə olunacaq. İki gün məhkəmədə sorğulanan sonra sərbəst buraxılan Sarkozi, Qəddafinin devrilməsiylə nəticələnən müddətdə başlayan əməliyyatda Fransanın rolu səbəbindən özündən intiqam almaq istədiyini müdafiə edir.

Fransada Sarkozi haqqında seçki kampaniyası üçün Muammer Qəddafidən milyonlarca avro pul qaynağı aldığına dair iddiaların ortaya çıxmasıyla 2013-cü ildə istintaq başladılıb.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений