Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Neftçi"nin legioneri: "Qəbələ"nin ilk qolunda künc zərbəsi yox idi" MÜSAHİBƏ



"Neftçi" Topaz Premyer Liqasının 12-ci turunda evdə "Qəbələ"yə 2:3 hesabı ilə yenilib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "ağ-qarların" yarımmüdafiəçisi İqnasio Errera jurnalistlərə müsahibə verib. Çilili futbolçu ilk olaraq məğlubiyyəti şərh edib:
 
- 65-ci dəqiqəyə öndə idik. Ancaq sonda məğlub olduq. Çox pis hisslər keçiririk. Məysuq.

 
- Hesabda iki dəfə önə keçib sonda uduzmaq nadir hallarda olur. “Neftçi”nin məğlubiyyətinə nə səbəb oldu?
- “Qəbələ”nin ilk qolunda künc zərbəsi yox idi. İkinci qolda isə penaltini verməmək də olardı. Özünüz də gördünüz ki, “Qəbələ” iki qolu necə vurdu.
 
- Qarşıdan qış fasiləsi gəlir. “Neftçi”də nə dəyişməlidir ki, komanda yaxşı oynasın?
- Deyə bilmərəm ki, nə dəyişsin. Məncə, biz düzgün yoldayıq. Çoxlu xallar qazanacağıq.
 
- Sanki bu oyunda istədiyin kimi pasla təchiz olunmurdun. Narazı görünürdün…
- Sırf nəticəyə görə narazıyam. Kiməsə narazılıq etmədim. 

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений