Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Neft niyə ucuzlaşır? – İqtisadçıdan rəy



“Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyib başlayıb. Brent markalı neftin hər bareli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq 61.3 dollaradək azalıb”. 

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-alim Vüqar Bayramov son günlərin neftin qiyətinin ucuzlaşmasına münasibət bildirərkən deyib. 

V.Bayramov hesab edir ki, qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması və eləcə də, Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasıdır:

“Eyni zamanda, Liviya və Nigeriya oktyabrda neft hasilatının əvvəlki səviyyəsi bərpa olunmaqdadır və İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb. Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artımla qiymət artımları gözləmək sadəlövlük olardı. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений