Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

"Nə deməliydim, balqabaqbaş?" - Akif Əli 



Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

“Qafqazinfo” bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını oxucularımıza da təqdim edirik: 

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin azərbaycanlı alim Lütfi Zadə haqqında söylədiyi “fındıqbaş” ifadəsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Yenicag.az saytı məsələ ilə bağlı adıçəkilən şəxslə əlaqə saxlayıb. Akif Əli saytımıza açıqlamasında görkəmli alim barədə bu dəfə daha sərt ifadə səsləndirdi:

“O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”, deyə qurum rəsmisi bildirib.

Xatırladaq ki, Lütfi Zadənin vəfatı ilə bağlı ötən gün ölkə prezidenti və dövlət rəhbərliyi onun yaxınlarına rəsmi başsağlığı verib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений