Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlər Kabinetində ştatların sayı artırıldı



Nazirlər Kabineti aparatının strukturunda ştatların sayı artırılıb. 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə 24 noyabr 2017-ci il tarixli qərarında əksini tapıb. 

Nazirlər Kabinetinin 8 sentyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə 200 ştat olub. Dəyişikliyə əsasən ştatların sayı 205-ə çatdırılıb. 

Yeni qərara əsasən baş nazirin köməkçilərinin sayı 7 nəfərdən 3 nəfərə endirilsə də, baş nazirin birinci müavininə daha bir köməkçi və 4 yeni baş məsləhətçi ştatları ayrılıb, Nazirlər Kabinetinin Hüquq şöbəsində aparıcı məsləhətçi ştatı yaradılıb. Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektorda da böyük məsləhətçilərin sayı artırılaraq 2 nəfərə çatdırılıb. Müraciətlərin və vətəndaşların qəbulu sektorunda da baş məsləhətçilərin sayı daha bir nəfər artırılaraq 2 nəfərə çatdırılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений