Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazir tapşırıq verdi: Qənaət edin



İyulun 9-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

Nazirlikdən Cebhe.info-ya verilən məlumata görə, kollegiyada dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında və enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə verdiyi tapşırıqlarla bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələr müzakirə olunub.

Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın davamlı sosial-iqtisadi tərəqqisinin təmin edildiyini, bütün sahələrdə irəliləyişlərə nail olunduğunu bildirib. Dövlət başçısının tapşırıqlarından irəli gələn məsələlər vurğulanaraq bu sahədə ədliyyə orqanlarının qarşısında duran mühüm vəzifələrə toxunulub. İqtisadi inkişafa mane olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, fəaliyyətdə şəffaflığın artırılması, habelə büdcə vəsaitlərindən qənaətlə istifadə edilməsi, izafi xərclərin qarşısının alınması üzrə konkret tapşırıqlar verilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений