Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nazir müavini israilli səfirlə görüşdü



Bu gün kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə məqsəd iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

S. Talıbov İsrail ilə ölkəmiz arasında kənd təsərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu və bu sahədə  əlaqələrin artırılmasını məqsədəuyğun hesab edib. İşgüzar münasibətlər üçün geniş imkanların olduğunu diqqətə çatdıran nazir müavini Strateji yol Xəritəsində qarşıya qoyulan əsas hədəflər, o cümlədən ərzaq təhlükəsizliyinin təmin olunması, rəqabət qabiliyyətliməhsullar istehsal edilməsi və ixrac yönümlü sahələrin inkişaf etdirilməsinin əsas məqsəd olduğunu vurğulayıb. 

O, İsrailin suvarma sahəsində yüksək təcrübəyə malik olduğunu və Azərbaycanda bu təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan 2005-ci ildən indiyədək İsraildən suvarma avadanlıqları, o cümlədən İsrail-Türkiyə birgə istehsalı olan bir çox avadanlıqlar alıb.

Nazir müavini həmçinin İsrailin “MAŞAV” təşkilatının xətti ilə Azərbaycanın kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislərin bu ölkədə bir sıra təlimlərdə iştirak etdiyini qeyd edib. 

Səfir mütəmadi olaraq Azərbaycanın bölgələrinə səfər etdiyini, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük işlər görüldüyünü, müasir kənd təsərrüfatı sisteminin qurulduğunuvə xarici təcrübədən bəhrələnməklə bu sahənin inkişafı üçün böyük potensial imkanların olduğunu diqqətə çatdırıb.

Səfir iki ölkə arasında kənd təsərrüfatının daha da inkişafı məqsədilə öz səylərini əsirgəməyəcəyini bildirib. 

Sonra qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений