Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

NATO generalların Bakı görüşü barədə



NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

Məlumatda deyilir ki, generallar proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirib: "Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub.

Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər", - deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений