Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Namiq Hacıheydərlinin 8-ci kitabı çap olunub



Şair-publisist Namiq Hacıheydərlinin 8-ci kitabı işıq üzü görüb.

Cebhe.info xəbər verir ki, kitabda  “Əski türk soylarından biri – kolanılar” adlanan kitabda sözügedən tayfanın tarixi, yayılma arealı, yetişdirdiyi tarixi şəxsiyyətlərlə bağlı məlumatlar verilir. Oxucular 60-dan çox mənbəyə istinadən hazırlanan əsərdə türk millətinin bu ünlü soyu barədə indiyədək bilinməyən bir çox həqiqətlərlə tanış ola biləcəklər.

Hazırda Güney və Quzey Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində - İraqda, Suriyada, Misirdə, İsraildə, Livanda, Əfqanıstanda, Qazaxıstanda, Özbəkistanda, Türkiyə və Avropanın müxtəlif ölkələrində 100 minlərlə kolanı türkü yaşayır.

Geniş coğrafiyaya yayılmış qədim türk tayfasını incələyən bu əsər yazarın Azərbaycan tarixçiliyinə verdiyi gözəl töhfələrdən hesab olunur.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений