Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nadir ağaclar sobalarda: Lerikdə meşələrin düşməni kimlərdir? 



Bu ilin mart ayında Lerik meşələrində başlanan talan sözün həqiqi mənasında ürək ağrıdır. Özü də təbiətin bu əvəzsiz nemətinə qənim kəsilənlər meşə işçiləridir. Təbiətin yaşıl örtüyünü qoruyub çoxaldılması əvəzinə olanların ömrünə də son qoyurlar. Əli baltalılar hətta, adları “Qırmızı kitaba” düşən, başqa yerlərdə rast gəlinməyən nadir ağaclara da baxmırlar. 

Ən çox qırğın Bürsülüm, Ləkər, Piran, Zəynəko, Vov, Sanbukəş meşələrində aparılır. Əvvəlcə od vurub meşəni yandırır, sonra rahat şəkildə istədiyini edirlər. Cavan, qiymətli ağaclar yalnız kimlərinsə varlanması məqsədilə kəsilir. Nədənsə, talanı görənlər də susurlar. Belə davam etsə, lap yaxın vaxtlarda dediyim ərazilərdə meşədən əsər-əlamət qalmaz. Doğrudur, dağlar diyarı Lerikin əksər kəndlərində təbii qaz yoxdur. Belə ki, əhali yanacaqdan ötrü meşələrə üz tutur. Bu da bir növ meşə işçilərin  daha geniş əl-qol açmasına imkan yaradır. Onlar heç nəyə məhəl qoymadan, oduncaq adı ilə ağacları qəddarcasına kəsir, hektarlarla meşəni məhv edirlər.

Baxanda Lerikdə ayrı-ayrı adamların daha çox pul əldə etməsi üçün ağaclar kütləvi soyqırımına məruz qalıb. Hələlik bu harayı eşidən yoxdur. Artıq həyəcan təbilin vaxtıdır. Geciksək təbiətin qisası heç kimə baxmaz...

Zəfər Orucoğlu, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений