Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mütəxəssislər Bayılda sürüşməni ölçə bilmir - TƏHLÜKƏ



Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Bayılda sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı qərar qəbul edib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrılıb.

Maraqlıdır, hazırda ərazidəki son vəziyyət necədir?

Cebhe.info-ya açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda ərazidəki vəziyyət sabitdir:

“Əməkdaşlarımız ötən gün əraziyə baş çəkiblər. Vəziyyət sabitdir. Araşdırmalar aparırıq, nəticələri Nazirlər Kabinetinə yollamışıq. Çatlarda artımı göz, yaxud da mayaklar vasitəsilə müşahidə etmək mümkünsüzdür. Kütlənin üzərinə çıxaraq oradakı çatın ölçülərini götürmək şəxs üçün də təhlükəlidir. Bu cür hadisələr xəsarətlə nəticələnə bilər”.

Xatırladaq ki, ötən aydan etibarən Səbail rayonundakı Bayıl yamacında, Teleqüllənin yaxınlığındakı sürüşmə zonasında aktivlik müşahidə edilib. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений