Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Müstəqillik günü İctimai Fikir Akademiyasında: "Azərbaycana açıq və ya kəşfiyyat xarakterli basqınlar ola bilərdi" - VİDEO



Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) növbəti tədbirini 18 oktyabr - Azərbaycanın Müstəqilliyi gününə həsr edib.

Cebhe.info xəbər verir ki, tədbirin qonağı Milli Azadlıq Hərəkatının liderlərindən biri Nəsir Ağayev olub. Əvvəlcə hürriyətin bir millət üçün önəminə diqqət çəkən qonaq Müstəqillik Aktına qədər uzanan meydan hərəkatı barədə xatirələni auditoriya ilə bölüşüb: ““Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmasaydı, Azərbaycana bir çox ölkələrdən, o cümlədən fitnə çıxarmaq məqsədi olan qonşu ölkələrdən açıq və ya kəşfiyyat xarakterli basqınlar ola bilərdi”. 

Daha sonra Nəsir Ağayev şəhidlərin qanı hesabına əldə edildilən müstəqilliyin bundan sonra da qorunmasının bügünkü gəncliyin üzərinə düşdüyünü bildirib. O, hər bir təşkilatı dövlətin daha möhkəm olması üçün hökumətə təkliflər verməyə səsləyib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений