Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mun Ce-in: KXDR tam nüvəsizləşdirmə üzrə real tədbirlər görür



KXDR tam nüvəsizləşdirmə istiqamətində real tədbirlər görür.

Bunu Cənubi Koreya Prezidenti Mun Ce-in iyunun 21-də Rusiya Dövlət Dumasında çıxışı zamanı bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mun Ce-in Koreya Respublikası, KXDR və ABŞ üçün müharibə dövrünün arxada qaldığını və hər üç ölkənin əməkdaşlığa doğru birgə addımladığını deyib. “KXDR və ABŞ liderlərinin görüşündə Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və düşmənçilik münasibətlərinin bitməsi barədə razılıq əldə olunub. Şimali Koreya nüvə poliqonlarını bağlayaraq tərksilah istiqamətində real tədbirlər görür”, - deyə prezident əlavə edib.

Koreya Respublikasının lideri vurğulayıb ki, hər üç ölkə sülh və əməkdaşlığa doğru irəliləməkdədir. Cənubi Koreya və ABŞ müştərək hərbi təlimləri dayandıraraq Şimala hərbi təzyiqləri azaldır.

Mun Ce-inin sözlərinə görə, Rusiya, Koreya Respublikası və KXDR artıq dəmiryol, elektrik və qaz kəmərləri şəbəkəsinin genişləndirilməsi sahəsində üçtərəfli layihələrin reallaşdırılması üzrə məsələlərin birgə öyrənilməsinə başlayıblar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений