Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müəllimlərə çəkilən karikatura etiraza səbəb oldu



Son günlər sosial şəbəkələrdə müəllimlərlə bağlı yayılan karikatura etirazlara səbəb olub. Karikatura müəllimlərin  “seçki fəaliyyətini” ifadə edir. Belə ki,  Gündüzün müəllifi olduğu karikaturada müəllimlərin seçki  karuselində iştirak etdiyi göstərilir və bu məqsədlə alt geyimlərindən istifadəyə diqqət çəkilir.

Bu isə özü və ya yaxınları müəllim olanlarla yanaşı, müxtəlif sosial statuslu şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Onların fikrincə, müəllif  yeni işində müəllimləri ümumiləşdirməklə yanlışlığa yol verib və həmçinin fikirlərini müəllim kimi şərəfli peşəyə yaramayan təhqiramiz formada ifadə edib.

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bu və bunabənzər karikaturaların müəllimlərin simasında həm də cəmiyyəti təhqir etdiyini deyib: “Müəllimə qarşı hörmətsizlik edənlər milli dəyərlərin də, xalqın da düşmənidir. Bu gün Azərbaycanda 151 min orta məktəb müəllimi, 30 min ali məktəb müəllimi, 10 mindən çox məktəbəqədər təhsil müəssisələrinin müəllimi və 100 minlərlə özəl sektorda çalışan müəllim var. Bir neçə şəxsin fəaliyyətini ümumilikdə bütün şəxslərə şamil etmək olmaz. Hər kəsin siyasi seçimi və siyasi fəaliyyəti var. Hər kəs öz layiq bildiyi namizədi seçir. Yağışdan sonra çıxan göbələklər kimi hər seçkidən seçkiyə ortaya çıxan "siyasi" fəalların insanları təhqir etməyə nə hüququ var, nə də ixtiyarı.

Ola bilsin ki, o şəkli çəkənlərin ailə üzvləri, yaxınları hər dəfə belə halları yaşayırlar, onlara xoş gəlir. Lakin tanıdığım minlərlə kişi, yaxud da qadın müəllimlərin heç biri bu kimi hallarla qaşılaşmayıb. Bu şəxsiyyəti, bütün müəllimləri təhqir etməkdir. Onlara yazmağı, oxumağı öyrədən müəllimdir. Heç kimin ixtiyarı yoxdur ki, müəllimi təhqir etsin. O insanlar az əmək haqqı ilə öz sağlamlıqlarını gələcək nəsillərə qurban verirlər. Bu fədakarlığın cavabı, qiyməti belə olmamalıdır. Müəllim adı, şərəfi hər şeydən üstündür. Ona hörmət etmək, sayğı ilə yanaşmaq lazımdır. Dəyərləri itmək olmaz. Kimlərsə xaricdən aldığı pulla millətimizin tarixi dəyərlərini məhv etmək istəyir. Bu, siyasi meydandır, kişi kimi mübarizə aparmaq lazımdır. Belə addımlarla xalqın o şəxslərə inamı, etibarı tamamilə yox olacaq. Bu tipli siyasi fəaliyyətin, onların tərəfdaşlarının sonu yoxdur”. 

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений