Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mübahisə etdi, tanışını bıçaqladı



Fevralın 18-də şəhər sakini Orxan Süleymanovun qarın boşluğundan aldığı xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rəşad Hacıyev şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ -nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений