Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

MSK-da görüş: Seçkidən danışıldı



Bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti görüşüb.

Cebhe.info xəbər verir ki, M.Pənahov ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili xanım Nilza de Senanı və nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir. Xanım Nilza de Sena Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb. Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

Alçina Amilqızı 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений