Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Moskvada disident yazıçıya heykəl qoyulacaq



Moskvada dünya şöhrətli rus disident yazıçısı,  dramaturq, tariхçi və filosof Aleksandr İsayeviç Soljenitsına heykəl qoyulacaq.

Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi internet saytı məlumat yayıb.

Məlumata görə, abidə paytaxtın Soljenitsın küçəsində 11 və 13 saylı evlərin arasında qoyulacaq. Layihə  Rus Xeyriyyə Fondu tərəfindən maliyyələşdiriləcək.

Qeyd edək ki, yazıçı “Qulaq arxipelaqı”, “Ölü evindən qeydlər”, “Qırmızı təkər” romanları ilə məşhurdur. Soljenitsın 1970-ci ildə Nobel mükafatına layiq görülüb.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений