Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Moskva elçiliyə generalı göndərib - Ekspert rəyi



“Bakıda keçirilən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı admiral Kertis Skaparottinin görüşü başa çatdı. Sözsüz ki, bu görüş və onun ətrafında hələ yaxın bir neçə gündə çox qızğın müzakirələr aparılacaq və müxtəlif versiya, mülahizələr səsləndiriləcək”.

Cebhe.info xəbər verir ki, tərəflər arasında Bakıda baş tutmuş görüşü şərh edən hərbçi-ekspert Üzeyir Cəfərov belə deyib.

Ekspert qeyd edib ki, bu görüş hələ ötən ay Bakıda baş tutmalı idi: “Lakin, Rusiya ilə ABŞ və konkret olaraq NATO ilə çox ciddi münasibətlərin yaranmasına görə, bu görüşə həm Rusiya prezidenti Putin, həm də ABŞ dövlət başçısı Tramp razılaşmırdılar. İndi son günlər yaranmış KRİTİK vəziyyətlərdən dolayı, nəhayət ki, iki təkəbbürlü və iddialı dövlət başçıları TƏCİLİ olaraq rəsmi Bakıdan görüşün təşkili ilə bağlı xahiş etməyə məcbur oldular. Və ötən iki görüşdə olduğu kimi Azərbaycan tərəfi, konkret Müdafiə Nazirliyi yenə də görüşün ideal bir şəraitdə keçməsi üçün lazım olan hər şeyi etdi və tərəflər də həm müdafiə naziri vəzifələrini icra edən general-polkovnik Zakir Həsənova, Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkova şəxsən, eləcə də dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İlham Əliyevə xüsusi təşəkkürlərini bildiriblər”. 

Ü.Cəfərov bildirib ki, bu görüşün Qarabağ məsələsinə zərrə qədər də olsa nə istisi, nə də soyuğu olmayıb və olmayacaq: “Bu gün, ən əsas məsələ Üçüncü Dünya Savaşının qarşısının alınması və digər məsələlər olub. Suriya, İran, Ukrayna və digər vacib regional və dünya çaplı dövlətlər ətrafında müzakirələr aparılıb və bu söhbətin hələ davamı olacağı gözlənilir. Rusiya tərəfi çox ehtiyat edir ki, son vaxtlar o get-gedə daha çox təklənir və belə iqtisadi və hərbi təzyiqlərə ola bilsin ki, tab gətirməsin. Kimlərsə bu fikrimlə razılaşmaya da bilərlər.

Belə mövqelərə də hörmətlə yanaşıram. Amma, mən rəsmi Moskvanın çox dərin narahatçılıq keçirdiyini və hadisələrin heç də onun istədiyi məcrada davam etmədiyini və etməyəcəyini düşündüyünə görə belə bir görüşün birdən-birə keçirilməsinə razılıq verməsi qənaətindəyəm. Ən sonda isə onu qeyd edim ki, yaranmış vəziyyətin yaxın aylarda necə davam edəcəyinin bizim Qarabağ məsələsində də mühüm rol oynaya biləcəyini demək olar. Hər halda, bir qədər həm hadisələrin inkişafını, həm də Rusiya ilə bağlı yarana biləcək vəziyyəti müşahidə etməyə ehtiyac var”. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений