Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mingəçevirdə 2 ay öncə qətlə yetirilən bərbərin iş yeri qarət olunub



Mingəçevirdə bərbərxana və çay evi qarət edilib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində baş verib. Obyektlərə girən şəxs və ya şəxslər oradan kompüter, televizor, bərbər alətləri və digər məişət avadanlıqları aparıblar.
 
Onlar yaxınlıqda yerləşən mağazaya girməyə cəhd etsələr də, bu planları baş tutmayıb. Hazırda hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, qarət olunan kişi salonunda çalışan bərbər Pərviz Məmmədov təxminən 2 ay öncə Mingəçevir sakini Eldar Abbasov tərəfindən qısqanclıq zəminində dava zamanı 18 bıçaq zərbəsi ilə qətlə yetirilib.
 
Həmin obyektin qapısı istintaq gedişi ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən möhürlənib.
 
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений