Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Millimiz Avropa çempionatının elit-raunduna yüksəlib



Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandası Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. 

Cebhe.info xəbər verir ki, bu barədə ötən gün keçirilmiş ilkin seçmə mərhələ oyunlarından sonra UEFA-nın rəsmi saytı xəbər yayıb. 

Qaydalara əsasən, ən yaxşı reytinqə malik Almaniya və 11 qrupda ilk 2 yeri tutanlarla yanaşı, 3-cü yer sahibləri arasında ilk 2 yerdə qərarlaşanlarla görüşlərdə ən yaxşı göstəriciyə malik olan 5 komanda növbəti mərhələyə yüksəlməlidir. Azərbaycan yığması 3-cü seçmə qrupu 1 xalla 3-cü pillədə başa vurub. İslandiyaya 0:2, İspaniyaya 0:3 hesabı ilə uduzan Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Monteneqro ilə heç-heçə edib - 1:1. Azərbaycan millisi vurulan-buraxılan topların fərqində (1-5) Monteneqronu qabaqlayıb. İndiyədək 8 qrupda mübarizə yekunlaşıb. 3-cü yeri tutanlardan Ukrayna, Uels, Türkiyə, Bolqarıstan, Belarus, Şimali İrlandiya 3 xal, Yunanıstan 1 xal (1-4) toplayıb. Lakin məhz ilk 2 yerlə görüşlərdəki daha üstün göstəricisi (0:5) Əsgərovun komandasını elit-raunda yüksəldib. 

Beləliklə, qrup 3-cülərindən ən azı 7-ni geridə qoyan Azərbaycan millisi Yunanıstan və Türkiyə ilə birgə elit-raunda yüksəlib. Növbəti mərhələyə daha 2 vəsiqənin sahibi qalan 3 qrupda mübarizə yekunlaşdıqdan sonra müəyyənləşəcək.

Qeyd edək ki, elit-raundun püşkü noyabrın 24-də İsveçrənin Nyon şəhərində atılacaq. Elit raund 2018-ci ilin yazında, final mərhələsinin püşkatması apreldə keçiriləcək. Final mərhələsi isə 9 - 21 may 2018-ci ildə Litvada təşkil olunacaq. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений