Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mikayıl Müşfiq - 110



Bu gün böyük şair Mikayıl Müşfiqin anadan olmasının 110-cu ildönümüdür.

Cebhe.info xatırladır ki, əslən Xızı rayonundan olan Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, anadan olmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində aldıqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Daha sonra isə Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir.

Mikayıl Müşfiq məktəb fəaliyyətinə pedaqoq kimi başlamışdır. O Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri isə 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeiri ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı olan "Küləklər" 1930-cu ildə nəşr olunmuşdur.

1931-ci ildə Dilbər Axundzadə ilə ailə həyatı qurmuşdur. 1938-ci il 6 yanvar repressiya dövründə isə güllələnmişdir.

"Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr".

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений