Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mikayıl Cabbarov nazirliyi “təmizləyir”: 64 əməkdaşdan sonra daha bir neçə nəfər... 



Vergilər Nazirliyində Fazil Məmmədovun kadrları işdən çıxarılır. Artıq yeni nazir Mikayıl Cabbarovun  vəzifədən azad etdiyi 64 nəfərin adı məlumdur. 

Cebhe.info-nun əldə etdiyi məlumata görə, işdən çıxarılanların sayı təxminən 70 nəfərə çatıb.

Məlumatda o da bildirilir ki, bu rəqəm son deyil. Yəni, sabiq nazir Fazil Məmmədovun kadr dəyişikliyi davam edəcək.

Vəzifəsindən kənarlaşdırılanlardan ikisinin adı rüşvət qalmaqalında  hallanır. Digər işdən kənarlaşandırılanlar isə kadr dəyişikliyinin qurbanı olub. Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən  nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov faktı tam təsdiqləməsə də , 64 nəfərdən sonra daha 3-4 nəfərin işdən kənarlaşdırıldığını bildirib. Qeyd edək ki, 5 dekabr tarixində prezidentin imzaladığı sərəncamla Fazil Məmmədov vergilər naziri vəzifəsindən azad olunub. Digər sərəncamla Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений