Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Metro qorxusu davam edir: “Sərnişinlərin sayı 50 % azalmışdı” - RƏSMİ  AÇIQLAMA 



Xəbər verdiyimiz kimi, metroda qatarların hərəkəti üçün tələb olunan elektrik enerjisinin "Bakı Metropoliteni" QSC-yə verilişinin dayanıqlığı olmaması səbəbindən stansiyaların 4 iyul 2018-ci il tarixində bağlı olacağı bildirilib, ancaq problemin həll edilməsilə saat 13:10-dan etibarən hərəkət bərpa olunub. 

Cebhe.info xəbər verir ki, 4-6 iyulda metroda əvvəlki kimi sərnişin sıxlığı müşahidə edilməyib. Müşahidələr göstərib ki, insanlar metrodan daha az istifadə etməyə çalışır. 

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, tədricən metroda sərnişin artımı hiss edilir: “4 iyulda metro açılanda saat 13:10 idi. Doğrudur, sərnişin axınımız əvvəlki günlərdə olduğu kimi olmadı. Təxminən ümumi sərnişinlərin 50 faizi həcmində metrodan istifadə edildi. Ancaq dünən artım nisbətən hiss olunurdu. Nəzərə alaq ki, bu gün şənbə, sabah bazar günüdür və sərnişinlərin sayı həftəiçi günlərdən az olur”. 

Metropoliten rəsmisi qeyd edib ki, sərnişin sayı tezliklə bərpa olacaq: “Adi iş günlərində təxminən 600 000-ə yaxın sərnişin olur ki, artıq buna yaxınlaşmağa doğru gedirik”. 

Hicranə İsmayılova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений