Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Mətbuat Şurası mitinqdə monitorinq aparıb



Azərbaycan Mətbuat Şurası Milli Şuranın sentyabrın 23-də Yasamal rayonu ərazisində yerləşən keçmiş "Məhsul" stadionunda keçirilmiş icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.
 
Şuradan verilən məlumata görə, aksiyada kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə hər hansı maneə qeydə alınmayıb. Həmçinin monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib.
 
Aksiyada mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqları qeydə alınıb. Onlara bununla bağlı müvafiq tövsiyələr verilib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений