Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mətbəxdə bu səhvləri etməyin: Dadlı yemək bişirməyin SİRLƏRİ



Yemək bişirmək həm də xüsusi bacarıq istəyir. Elə səhvlər var ki, onları etməklə xüsusi diqqətlə bişirdiyiniz yeməyi də dadsız edə bilərsiniz.

Cebhe.info mətbəxdə etməməli olduğunuz səhvləri diqqətinizə çatdırır.

1. Soğanı əvvəl qovurun. Əgər sarımsaq da əlavə edəcəksinizsə, soğandan sonra əlavə edin. Əks təqdirdə sarımsaq yanaraq vitaminlərini itirəcək.


2. Ədviyyatı yemək bişməyə az qalmış əlavə edin ki, dadlı olsun.
3. Badımcaq, kartof, kərəviz kimi məhsullar soyulduqdan sonra qaralır. Buna görə də onları kənarda çox saxlamayın. 


4. Yemək bişirməyə başlamadan əvvəl qazan və ya tavanın qızdırıldığına əmin olun. Yaxşı qızmadan yağ tökməyin. Əks halda yemək yağı özünə çəkəcək və yapışacaq. 
4. Qızartma edərkən tavanın ağzını bağlamayın. Hava ilə təmas qızardılan məhsulu daha dadlı edəcək. 


5. Buzlu əti bişməyə qoymayın. Otaq temperaturunda açılmasını gözləyin. Ancaq unutmayın ki, açıq havada çox qalması bakteriyaların yaranmasına səbəb ola bilər. 


6. Sulu yeməklərdə ət bişmədən duz tökmək ətin bərkiməsinə səbəb ola bilər. 


7. Südü bişirmədən və ya qızdırmadan əvvəl qazanın dibini soyuq su ilə yaxalayın. Bu zaman süd yapışmaz.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений