Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhurların səsi kimə gedəcək? - Bağlı qapılar arxasında görüşlər



Türkiyədə prezident seçkilərinin vaxtı yaxınlaşdıqca ölkədəki siyasi durum da gərginləşməkdədir. 

Cebhe.info xatırladır ki, hər gün müxtəlif bölgələrdə insanların qarşısına çıxan namizədlər öz platformalarını açıqlayır, hakimiyyətə gələcəkləri təqdirdə hansı dəyişiklikləri həyata keçirəcəklərini bəyan edirlər. Mitinqlərdə bununla yanaşı namizədlər bir-birlərinin ünvanına xoşagəlməz ifadələr də işlətəməkdən çəkinmirlər. Artıq qardaş ölkədəki seçki atmosferi insanların da səbrini tarıma çəkib.

Seçkilərə 4 gün qaldığı bir vaxtda aydın olub ki, sadə insanların bəziləri kimə səs verəcəklərini müəyyənləşdiriblər. Sadə insanlarla yanaşı Türkiyənin məşhur sənət adamları da seçkilərdəki öz namizədlərinə dəstək ifadə etmək üçün ötən həftə hazırki prezident Rəcəb Teyyub Ərdoğanın verdiyi iftar süfrəsində iştirak edib, onunla ünsiyyətdə olublar. İftar süfrəsinə Türkiyənin çox məşhur simaları qatılıb. Bununla yanaşı bir müddət əvvəl aralarında Orxan Gencebay, Ajda Pekkan, İbrahim Tatlıses, Yavuz Bingöl, Hülya Koçyiyit və Sibel Canın da olduğu məşhurlar R.T.Ərdoğanın ad gününə qatılaraq ona öz arzuların ifadə ediblər. Türkiyədəki siyasi durumu şərh edən ekspertlər bildirib ki, bununla sənətçilər artıq özlərinin gələcək prezidentinin R.T.Ərdoğan olduğunu birbaşa olmasa da, dolayısı ilə isbat etmiş olublar. Ad günü tədbirinin mətbuata qapalı olması səbəbindən orada baş verənlərin bir çox nüansları da elə bağlı qapılar arxasında qalıb. Amma buna baxmayaraq mərasimə qatılan Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın tədbirdə sənətçilərlə çox səmimi görüşün baş tutduğunu bildirib.

Ekspertlərin fikrincə, görüşün qapalı keçirilməsi bəzi ehtimallardan xəbər verir. Onlar iddia edir ki, ola bilər ki, R.T.Ərdoğan prezident seçkiləri zamanı sənətçiləri ona dəstək ifadə etmək üçün dilə tutub. Tədbirdə iştirak edən sənətçilərin əvvəldən hazırki prezidentin siyasi kursunu dəstəklədiyini bildirən ekspertlər düşünür ki, buna baxmayaraq digər namizədlərə dəstək göstərən məşhurlar da az deyil. Bu bir daha göstərir ki, iyunun 24-də Türkiyədə keçiriləcək seçkilər indiyənə kimi baş tutanlardan gərginliyi və mürəkkəbliyi ilə seçiləcək. 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений