Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhur rejossor başı əzilərək qətlə yetirildi 



“Çanaqqala yolun sonu”, “Qəribə bir cinayət”, “Ankara ayazı” filmlərinin, “Qanadsız quşlar” seriallarının rejissoru Mustafa Kamal Uzun evində qətlə yetirilib.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissoru qətlə yetirən şəxs filmlərinin birində rol almış aktyor O.A.-dır. Aktyor rejissorun başına beysbol ağacı ilə vurub, sonra da bıçaqlayaraq, öldürüb.

“Mustafa Kamal Uzunun rejissoru olduğu serialda kiçik rola çəkilmişdim. Dünən kafelərin birində onunla yeyib-içdik. Daha sonra Uzunun evinə getdik. Orada spirtli içki içdik. Mübahisəmiz düşdü və onu bıçaqladım. Sonra başından beyzbol ağacı ilə vurdum. Mobil telefonunu, pulqabını və avtomobilini götürüb oradan uzaqlaşdım”, - deyə polis tərəfindən saxlanılan aktyor qətlin təfərrüatlarını danışarkən bildirib. 

Qeyd edək ki, cəsədi tibbi ekspertizaya göndərəilən Mustafa Kamal Uzun 49 serial və film çəkib. O, bir sıza beynəlxalq mükafatların da sahibidir.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений