Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhur müğənni jurnalistlərə müraciət etdi: QADAĞA GƏLİR 



“Uzun illər saytlara müsahibələr verməmişəm. Son iki ayda jurnalistlərin bütün suallarını cavablandırmışam. İndiyədək danışmağı məsləhət bilmədiyim mövzuları müzakirə etdik”.

Cebhe.info xəbər verir ki, bunu məşhur ifaçı Nura Suri deyib.

N.Nuri jurnalistlərə və aparıcılara müraciət edib: “Jurnalistlərdən və aparıcılardan xahiş edirəm bundan sonra şəxsi həyatım, ailəm və övladlarımla bağlı suallar ünvanlamasınlar. Çünki bir də danışmayacağam. Son iki ayda hamı eyni suallarla müraciət edib və cavab da alıblar. Bir xahişim də var: başqa məşhurlar haqda mənə sual ünvanlamayın.

Mən yaltaqlığı, ikiüzlülüyü bacarmıram və tam səmimi heç kəsi təhqir etmədən fikir bildirirəm. Saytlara müsahibələrə bir müddət fasilə verirəm, çünki danışmadığımız mövzu qalmayıb. Yeni mahnılar, fotosessiya və layihələr bütün saytlara mətbuat katibim tərəfindən göndəriləcək. Hər kəsə göstərdiyi ilgi və xoş münasibətə görə təşəkkür edirəm”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений