Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mərkəzi Bankın son qərarı da: Kredit bazarını canlandırmayacaq



Azərbaycan Respublikası Mərkəzi Bankı uçot dərəcəsinin 11%-dən 10%-ə endirilməsi haqda qərar qəbul edib. Qərar İdarə Heyətinin bu gün keçirilən toplantısında qəbul edilib.

Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±2% müəyyənləşdirib (aşağı həddi 8%, yuxarı həddi 12%).
 
Beləliklə, Mərkəzi Bank bu il ərzində 3-cü dəfə faiz endirdi.
 
Fevral ayında uçot dərəcəsinin 15%-dən 13%-ə, aprel ayında isə 13%-dən 11%-ə endirilib.

Faiz dərəcəsinin bundan əvvəl iki dəfə endirilməsinə baxmayaraq, bankları kredit siyasətində yumşalma siyasəti müşahidə olunmayıb, əksinə kredit faizlərinin artırılıb.

İqtisadçı ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında bildirib ki, Mərkəzi Bankın uçot faizi aləti son dövrlərdə öz əhəmiyyətini itirib: 

“Çünki, Mərkəzi Bankın banklarda mərkəzləşdirilmiş kreditlərin həcmi kifayyət qədər azdır. Eyni zamanda bankların bu vəsaitləri almağa meyilliliyi aşağı səviyyədədir. Banklar bu gün əllərində olan vəsaiti kredit bazarında yerləşdirə bilmirlər. İndiki halda düşünürəm ki, “banklar Mərkəzi Bankdan aşağı faizli kredit alacaq və bazara yönəldəcək”  yanaşması düzgün deyil. Çünki, bazarda risklər yüksək həddə qalıb, problemli kreditlərin həcmi artır. Bankların sağlamlaşdırılması, o cümlədən problemli kreditlərlə bağlı heç bir ciddi qərar qəbul edilməyib. Bu yüksək risklilik fonunda banklar bazarda kredit yerləşdirməyə maraqlı deyillər. Bu baxımdan hesab edirəm ki, Mərkəzi Bankın qərarının kredit bazarlarına ciddi təsiri olmayacaq. Amma depozit bazarlarında müəyyən dərəcədə faiz dərəcəsini aşağı salacaqdır. Bu günlərdə həyata keçirilən depozitlərdə faiz dərəcəsi təxminən 8 faiz idi. Bu qərardan sonra göstəricinin azalacağını gözləyirəm. Belə bir şəraitdə banklar gələcəkdə müəyyən qədər kredit siyasətini yumşalda bilərlər”. 

Rəşad Həsənov deyir ki, ilin əvvəli ilə müqayisədə bank sektorunun kredit portfeli təxminən 100 milyon manata yaxın artıb. Hazırda bazarda 11,4 bazarda milyard kredit var: 

“Buna baxmayaraq, bu potensial deyil. Çünki, 2015-ci ildə bu göstərici 25 milyarda yaxın idi. Ötən ilin may ayı ilə müqayisədə bu rəqəm 24 faiz azalıb. Hələlik bankların kredit siyasətində Mərkəzi Bankın uçot faiz siyasətinə odekvat reaksiya müşahidə olunmur. Düşünürəm ki, yaxın gələcəkdə də bunu görməyəcəyik”.
 
Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений