Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Mərhum nazir Yavər Camalovun SON MÜSAHİBƏSİ - VİDEO



Müdafiə Sənayesi Nazirliyinin dəstəyi və yaxından köməyi ilə dünyada ən müasir texnologiyalar Azərbaycana gətirilib. Bu gün Müdafiə Sənayesi Nazirliyinin tərkibində 28 zavod və 58 istehsal sahəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində ölkəmizdə ən yüksək texnologiyalar əsasında müdafiə qabiliyyətli məhsullar istehsal olunur.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov iyunun 11-də Parisdə deyib.

Yavər Camalov bildirib ki, nazirlik indiyədək 60-a yaxın beynəlxalq sərgiyə qatılıb. Paris sərgisi ən böyük sərgilərdəndir. Burada 63 ölkədən 1700-dən artıq şirkət iştirak edir.

Ölkəmizin "Ekspo-2025” Ümumdünya Sərgisinə namizədliyi barədə danışan Yavər Camalov Bakının bu sərgiyə yüksək səviyyədə ev sahibliyi edə biləcəyini əminliklə vurğulayıb. Qeyd edib ki, Parisdəki sərgi çərçivəsində keçirilən görüşlərdə, dünyanın aparıcı şirkətləri ilə aparılan danışıqlarda və müzakirələrdə "Ekspo 2025” ilə bağlı suallar cavablandırılıb.

"EUROSATORY-2018” sərgisində iştirakımızın əsas məqsədlərindən biri hərbi-texniki əməkdaşlığı daha da genişləndirmək və əməkdaşlıq etdiyimiz şirkətlərin sayını artırmaqdır. Cari il sentyabrın 25-dən 27-dək Azərbaycanda üçüncü beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək. Bugünkü görüşlərimizdə sentyabrda təşkil olunacaq sərgi haqqında ətraflı məlumat verdik. Şirkətlər sərgidə iştirak edəcəklərini təsdiqləyiblər”, - deyə nazir vurğulayıb.

Ölkəmizdə yeni növ hərbi təyinatlı məhsulların istehsalı üçün Fransanın, Almaniyanın, eləcə də dünyanın ən böyük müdafiə sənayesi şirkətləri ilə danışıqların aparıldığını və niyyət protokollarının imzalandığını vurğulayan nazir deyib: "Biz həmin şirkətləri ölkəmizə dəvət etdik ki, onların mütəxəssisləri Azərbaycana, bizim mütəxəssislər də həmin ölkələrə gedib bu sahədə qarşılıqlı təcrübələrlə yaxından tanış olsunlar və beləliklə, yeni növ müdafiə məhsullarının istehsalına başlayaq”.

Yavər Camalov qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi ordumuzun ehtiyaclarını tam təmin etməklə yanaşı, bəzi məhsulları ixrac edir. İxrac imkanları getdikcə artır. Beynəlxalq sərgilərdə iştirakımızın əsas məqsədlərindən biri ən yeni texnologiyaları ölkəmizə gətirməklə yeni növ hərbi təyinatlı məhsullar istehsal etməklə yanaşı, ixrac imkanlarını da artırmaqdır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений